Türkiyədə 25 fevral - 6 mart 2023-cü il tarixlərində keçiriləcək bütün futbol matçlarından əvvəl zəlzələdə həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
Qurumdan bildirilib ki, komandalar istəklərindən asılı olaraq, qollarına qara sarğı, yaxud qara lent bağlaya bilərlər".
Xatırladaq ki, Türkiyədə fevralın 6-da baş verən dəhşətli zəlzələ səbəbindən bütün futbol liqalarında oyunlar təxirə salınıb. Aysun Demokrat.az


