İranın idman naziri Seyid Həmid Səccadi Kirman şəhər xəstəxanasına yerləşdirilib.
Vertolyot qəzası zamanı nazirin beyninə qan sızıb.
Xatırladaq ki, qəza vertolyot eniş edərkən baş verib. İdman nazirinin müşaviri İsmayıl Əhmədinin qəzada həyatını itirdiyi açıqlanıb. 16 nəfərin xəsarət aldığı bildirilir.


