"Bazar iqtisadiyyatında süni qiymət artımı anlayışı yoxdur".
Bu fikirləri Demokrat.az-a açıqlamasında iqtisadçı-alim, sabiq deputat Nazim Baydəmirli deyib. Sabiq deputat qeyd edib ki, obyektiv tələb və təklif arasında disbalans yaranırsa, qaynaqlanan problemləri hökumətin qərarında axtarmaq lazımdır:
"Çünki hökumət bir çox halda kommunal xidmət tariflərini müəyyən edir. Həmçinin, son zamanlar nəqliyyatda gediş haqqının artırılması kənd təsərrüfatı ilə bağlı olan məsələlərə də təsir etdi. Yəni, fermerlərin xərcləri də artdı. Qeyd edim ki, qış zamanı yemləmələrə daha çox vəsait xərclənir. O baxımdam təbii ki, çatdırılma məhsulun dəyərinə əlavə edilir. Hesab edirəm ki, artım hökumətin bir çox addımları ilə bağlı olur. Əsas olaraq sahibkarın özü də istehlakçıdır, o da əlavə artan xərcini öz istehsal etdiyi və sardığı məhsulun üzərinə gəlir. Qiyməti stabilləşdirmək üçün rəqabət mühiti təmin edilməlidir.

Həmçinin, sahibkarların bazara çıxışını asanlaşdırmaq lazımdır, vergi və rüsumlar azaldılmalıdır. Məhsulların idxalından daha çox asılıyıq, həm diri, həm də digər kəsilmiş heyvanlardan söhbət gedir. Görünən odur ki, bəyannamə qiyməti artırılan zamanda süni qiymət artımı da yaranır".
Nəzrin Demokrat.az


