İdman

“Gent” – “Qarabağ” oyununa 9 min bilet satılıb

“Gent” – “Qarabağ” oyununa 9 min bilet satılıb

UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.

Demokrat.az xəbər verir ki, hələlik “Gelamko Arena”dakı qarşılaşma üçün 9 min bilet alınıb.

11 minə yaxın biletin isə satışda olduğu bildirilir. Stadion 20 min azarkeş tutumuna malikdir.

Belçika mətbuatı marağın az olmasını matçın həftəiçi gerçəkləşməsi və yerli vaxtla saat 21:00-da başlaması ilə izah edib.

“Qarabağ” “Gent”ə qarşı cavab matçını fevralın 23-də Belçikada keçirəcək. İlk oyunda Azərbaycan çempionu 1:0 hesablı qələbə qazanıb.

D
demokrat.az