Siyasət Özəl

“Rusiya və Ukrayna arasında yekun savaş olmalıdır”

“Rusiya və Ukrayna arasında yekun savaş olmalıdır”

“İnformasiya savaşında Qərb Rusiyanı məğlub etsə də, döyüş meydanında….”

“Qarşıda Rusiya-Ukraynanı hədsiz dərəcədə indikindən və son bir ildəkindən daha ağır, qanlı döyüşlər gözləyir”.

Demokrat.az xəbər verir ki, bu sözləri Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü deyib. Onun sözlərinə görə, hər iki tərəf arasında yekun savaş olmalıdır:

“Rusiya və Ukrayna arasında yekun savaş olmalıdır”
“Çünki tərəflərdən hansısa biri öz gücü haqqında aydın təsəvvür yaranmalı və geri çəkilməlidir. Biz informasiya savaşında Qərbin Rusiyanı məğlub etdiyini görürük, ancaq döyüş meydanında Rusiya uduzmayıb. Rusiya orada minlərlə əsgərini qurban verməyə hazırdır. Bu gün Putinin çıxışında da göstərdi ki, o, Qərblə açıq-aşkar hətta nüvə savaşına belə hazırdır və geri çəkilməyəcək. Putinin çıxışının məğzi ondan ibarətdir ki, biz Qərblə böyük savaşa hazırlaşırıq. O, Qərbi açıq şəkildə Ukraynanı müharibəyə təhrik etməkdə ittiham etdi və Ukraynanın arxasında Qərbin oluduğunu bildirdi. Eyni zamanda, Ukrayna savaşına gətirən səbəbləri izah etdi. Beynəlxalq hüquq prinsipləri baxımından bəli Rusiya haqsızdır, amma Putinin söylədikləri gerçəkdir, çünki bunların hamısını Qərb edib. Bu gün Rusiya ən yaxşı halda Amerikanın vaxtilə doğurdan da Yuqoslaviyada, İraqda, Əfqanıstanda, Liviyada etdikləri edir. Ona görə deyirik ki, beynəlxalq nizam çöküb və dünyada yeni ədalətli nizam qurulmayana qədər bu savaşlar davam edəcək. Görünən odur ki, Ukrayna savaşı həm də yeni dünya düzəninin qurulması ilə nəticələnəcək”.

Aynurə Demokrat.az

D
demokrat.az