Gündəm Özəl

"Zəngəzur dəhlizinin açılmamasının əsl səbəbkarı Rusiyadır"

Zəngəzur dəhlizinin açılmamasının əsl səbəbkarı Rusiyadır

"Azərbaycanın Ermənistanla danışıqlara getməsində əsas məqsəd sərhədlərin delimitasiyası və demarkasiyasıdır".

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.

Politoloq qeyd edib ki, Qarabağın Azərbaycanın yurisdiksiyasında tam təsdiq olunması da əsas mnəsələrdəndir:

"Bundan başqa, Azərbaycan Zəngəzur dəhlizinin açımasında da maraqlıdır. Bu məsələ də İrandan başqa digər region aktorlarının ürəyincədir. Rusiyanın əsas məqsədi odur ki, bu dəhliz onun nəzarətində olsun. Beləliklə də, həm siyasi, həm iqtisadi gəlirləri götürə bildin. Bu baxımdan, dəhlizin açılmamasının əsl səbəbkarı Rusiyadır. Ən böyük maneə və bunu istəməyən yeganə dövlət isə İrandır, çünki onun burada dividenti yoxdur".

Politoloq əlavə edib ki, Zəngəzur dəhlizi Azərbaycanın nüfuzunu artıracaq:

Zəngəzur dəhlizinin açılmamasının əsl səbəbkarı Rusiyadır

"Azərbaycan və Türkiyənin, Orta Asiya ölkələrinin münasibətlərini genişləndirəcək. Bu dəhliz Rusiya-Ermənistan, Rusiya-Türkiyə əlaqəsini genişləndirəcək, Azərbaycan-Çin əlaqələrini, Çin mallarının buradan keçib Avropaya getməsini təmin edəcək. Və İrandan gələn yüklərin kəsilməsinə səbəb olacaq".

Nəzrin

NE
Nihadə Eyyubova