Gündəm Özəl

Ərdoğan: “200 min yaşayış binasının tikintisinə başlayacağıq”

Ərdoğan: “200 min yaşayış binasının tikintisinə başlayacağıq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və MHP lideri Dövlət Baxçalı Qaziantepin Nurdağı konteyner şəhərini ziyarət ediblər.

“Növbəti bir ayda 18 min 544-ü Qaziantepdə olmaqla, 200 min yaşayış binasının tikintisi üçün işlərə başlayacağıq. 9130 kənd evi tikib, zərərçəkənlərə təhvil verəcəyik. Qaziantepin tarixi simasını və demoqrafik quruluşunu qoruyaraq şəhəri daha güclü şəkildə ayağa qaldıracağıq”, - bu barədə ƏrdoğanQaziantepin Nurdağı konteyner şəhərində danışıb. O, qeyd edib ki, hazırda Qaziantepdən 87 min vətəndaş başqa vilayətlərə təxliyə edilib.

"Zəlzələ xəbərini alan kimi dövlətimizin bütün imkanlarını səfərbər etdik. Əlverişsiz hava şəraiti və zəlzələ sahəsinin böyüklüyü ilk növbədə işimizi dayandırsa da, bu çətin prosesin öhdəsindən qısa müddət ərzində gəldik.

Şəhərimizdə çadırlarda 100 minə yaxın vətəndaşı, konteynerlərdə isə 4 minə yaxın vətəndaşı sığınacaqla təmin edirik".

Leyla Demokrat.az

NE
Nihadə Eyyubova