Türkiyə Müdafiə Nazirliyi hüznlü paylaşım edib. Nazirlik sosial media hesabında ayaqqabısı olmayan vətəndaşa öz çəkməsini verən əsgərin görüntülərini yayıb.
Demokrat.az xəbər verir ki, nazirliyin yaydığı video açıqlamada "mehmetçik gözünü qırpmadan bu millət və dövlət üçün canını verməyə and içib. Bu səbəbdən də yolda olan vətəndaşımızın ayağında ayaqqabı olmadığını görüb, çəkinmir. Öz çəkmələrini ona verir. O, çox gözəl bilir ki, ona nə verilirsə, onun əsl sahibi də bu millətdir”.- ifadələri yer alıb.
Aysun Demokrat.az


