Bakının Ziya Bünyadov prospektində zəncirvarı qəza baş verib.
Demokrat.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, qəza nəticəsində dörd avtomobil toqquşub.
İlkin ehtimallara görə, qəzanın baş verməsinə əsas səbəb “Toyota Prius” markalı avtomobilin yol hərəkəti qaydalarını pozmasıdır.
Hadisədən sonra adıçəkilən prospektdə tıxac yaranıb. 

Həsən Demokrat.az


