Xarici siyasət

XİN-dən İrəvanın göndərdiyi sülh təklifləri ilə bağlı AÇIQLAMA

XİN-dən İrəvanın göndərdiyi sülh təklifləri ilə bağlı AÇIQLAMA

Ermənistanın baş naziri Nikol Paşinyan ötən günlərdə Azərbaycanla imzalanması gözlənilən sülh müqaviləsi haqqında danışıb. O bildirib ki, Ermənistan tərəfi sülh müqaviləsi layihəsi üzərində işin növbəti mərhələsini başa çatdırıb və sənəd Azərbaycana təhvil verilib.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə Modern.az-a açıqlamasında Ermənistandan sülh sazişi ilə bağlı Azərbaycana təkliflər gəldiyini təsdiqləyib.

"Bəli, Ermənistandan bizim təkliflərimizə yeni cavab təklifləri almışıq. İndi təkliflərə baxılır",- deyə XİN rəsmisi bildirib.

Lakin təkliflərin detalları hələlik açıqlanmayıb.

D
demokrat.az