Bu gün futbol üzrə Azərbaycan millisiAVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirəcək.
“Report” xəbər verir ki,Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektivSlovakiya yığmasıilə üz-üzə gələcək.
“Bakcell Arena”da keçiriləcək matçı şotlandiyalıCon Bitonun rəhbərliyi ilə hakimlər briqadası idarə edəcək. Bu, yığmanın E qrupunda üçüncü matçı olacaq. Komanda ilk olaraq Zaqrebdə Xorvatiyaya uduzub (1:2), ikinci görüşdə isə Bakıda Macarıstana məğlub olub –1:3.
Slovakiyanın heyətində Miroslav Stox səhhəti ilə əlaqədar Bakıya gətirilməyib. Komandanın baş məşqçisiPavel Hapaldaha öncə Dominik Qreyf, Samuel Mraz, Martin Xrien, Lukaş Ştetin və Laslo Benesi də29 nəfərlik heyətdən çıxarıb. Beləliklə, rəqib Bakıya3 qapıçı, 20 meydan oyunçusuilə gəlib.
Azərbaycan yığmasından isə öncədən komandaya çağırılan Eddi İsrafilov zədəlidir.
Azərbaycan millisi tarix ərzində Slovakiya komandası ilə6 dəfəüz-üzə gəlib. Bunların 5-də slovaklar qələbə qazanıb. Yığma 2011-ci ildə keçirilmiş dünya çempionatının seçmə mərhələ matçında rəqibini Bakıda2:0hesabı ilə üstələyib.
Qrupun digər oyununda isə Macarıstan Uelsi qəbul edəcək. Hazırda Macarıstan və Xorvatiya 6 xalla birinci və ikinci yerləri bölüşdürür. Uels ilə Slovakiyanın isə 3 xalı var. İki matça sıfır xalı olan Azərbaycan isəsonuncuyerdədir.
AVRO-2020, seçmə mərhələ, IV tur
11 iyun
20:00. Azərbaycan – Slovakiya
Hakimlər: Con Biton, Alan Mulvanni, Şon Karr, Donald Robertson
“Bakcell Arena”


