İdman Özəl

Almaniya nəhəngindən zəlzələdən zərərçəkənlərə növbəti DƏSTƏK

Almaniya nəhəngindən zəlzələdən zərərçəkənlərə növbəti DƏSTƏK

Almaniyanın Dortmund şəhərinin “Borussiya” klubu bu həftə "Hertha" ilə oynanılacaq matçın formalarının hərrac yolu ilə satılacağını və həmin gəlirin zəlzələ qurbanlarına ianə ediləcəyini açıqlayıb.

Demokrat.az-ın “Fanatik”ə istinadən xəbərinə görə, Türkiyədə baş verən zəlzələdən sonra dünyanın bir klubları kömək üçün hərəkətə keçib. “Borussiya” futbol klubu isə bu baxımdan həssaslığı ilə diqqət çəkir.

Hələ ötən həftə Dortmund “Borussiya”sı səfərdə “Verder”lə qarşılaşarkən, hər iki komandanın matçda geyindiyi formalar hərraca çıxarılmışdı. Əldə olunan gəlirlər zəlzələdən zərərçəkənlərə bağışlanmışdı.

Almaniya komandası bəyan edib ki, formaların hərracından əldə olunan gəlir zəlzələ fəlakətindən zərər çəkmiş Türkiyənin cənub-şərqində və Suriyanın şimal-qərbində yaşayan insanlara dəstək üçün istifadə olunacaq. Bundan əlavə, “Borussiya” öz azarkeşlərini hərracdan başqa, bir daha kanal vasitəsilə zəlzələ qurbanlarına ianə verməyə dəvət edib.

Zamiq Demokrat.az

D
demokrat.az