Maliyyə Özəl

Ukrayna BVF missiyasından uğurla keçdi

Ukrayna BVF missiyasından uğurla keçdi

Polşanın paytaxtı Varşavada Beynəlxalq Valyuta Fondunun (BVF) monitorinq proqramına yenidən baxılmasına hazırlıq üzrə missiyası başa çatıb.

Demokrat.az xəbər verir ki, bu barədə BVF-nin bəyanatında qeyd olunub.

Məlumata görə, fondun əməkdaşları ilə Ukrayna hakimiyyəti arasında kadrlar səviyyəsində razılıq əldə olunub.

“BVF rəhbərliyi tərəfindən təsdiq edilməli olan bu saziş Fondun dəstəklədiyi tamhüquqlu proqram üzrə müzakirələrin başlanmasına yol açır” - açıqlamada deyilir.

Müzakirələrin sonunda missiyanın rəhbəri Qavin Qrey bildirib ki, Ukrayna hökuməti və Milli Bankın birgə səyləri nəticəsində dekabrın sonu üçün bütün kəmiyyət və indikativ hədəflər, eləcə də yanvarın sonu üçün bütün beş struktur göstəricilər yerinə yetirilib.

Onların arasında gəlirlərin artırılmasına yönəlmiş vergi qanunları paketinin Parlamentə təqdim edilməsi, Maliyyə Nazirliyi tərəfindən borcların aradan qaldırılması üçün tədbirlərin görülməsi, sosial müdafiə şəbəkəsi üçün konsepsiya qeydinin hazırlanması, “Naftoqaz” ASC-nin Müşahidə Şurasının yaradılması daxildir. Həmçinin, bank sektorunun diaqnostikasının əsas elementləri haqqında saziş aiddir.

Arzu Demokrat.az

D
demokrat.az