Hadisə

1000 dəstə göyərtini zibil bilib götürdü, məhkəmə qərar verdi

1000 dəstə göyərtini zibil bilib götürdü, məhkəmə qərar verdi

Bakıda 1000 dəstə göy-göyərtini zibil bilib götürən şəxslə bağlı qərar verilib.

Demokrat.az xəbər verir ki, 1970-ci il təvəllüdlü Bakı şəhər sakini Habil (şərti) adlı şəxs Nəsimi rayonu, 20 Yanvar küçəsi, "Qızıl Tac” restoranının yanındakı meyvə-tərəvəz mağazasından 1000 dəstə göy-göyərtini oğurlamaqda şübhəli bilinərək saxlanılıb.

O, ifadəsində bildirib ki, göyərtilərin küçəyə atıldığını zənn etdiyi üçün onları götürüb. Onun göyərtiləri oğurlamaq fikri olmayıb. Dəymiş zərəri ödəməyə imkanı yoxdur.

Aparılmış araşdırma nəticəsində Habilin əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilib və müvafiq qaydada inzibati xəta haqqında protokol tərtib edilib. Həmin şəxs 180 manat cərimə edilib.//qaynarinfo

D
demokrat.az