Daxili siyasət

Naxçıvanda daha bir qurumda yoxlamalar aparılır

Naxçıvanda daha bir qurumda yoxlamalar aparılır

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində yoxlamalara başlanılıb.

Naxçıvan kənd təsərrüfatı nazirinin müavini Fikrət Həsənov məlumatı APA-nın yerli bürosuna təsdiq edib.

O bildirib ki, Azərbaycan Respublikası Hesablamalar Palatasının 2023-cü il iş planına əsasən, Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinə ayrılan vəsaitlərin və dövlət əmlakının istifadəsinin və idarə olunmasının auditi aparılır.

Yoxlamalar 1 yanvar 2022-ci il tarixdən 1 yanvar 2023-cü il tarixinədək olan dövrü əhatə edir. Fevralın 15-də başlanan yoxlamalar 18 mart tarixinədək keçiriləcək.

D
demokrat.az