Azərbaycan dövlət sərhəddini pozmaqda ittiham olunan İran İslam Respublikasının vətəndaşlarına ittiham verilib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, İran vətəndaşları – Ter Emran Abdulsamad oğlu, Baxtiyar Mufammedrasulafqan Neqmahammed oğlu, Aciqzey Reza Muhammed oğlu, Rəşidi Əbdülmumir Əbdülxayum oğlu Azərbaycan dövlət sərhəddindən qanunsuz yolla keçmək istəyərkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar.
Onların barəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, bu məcəllənin 318.1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirli bilinən şəxslərin istintaqı başa çatıb və baxılması üçün Cəlilabad rayon Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Elxan Əmirəliyevin icraatına verilib.
Yaxın günlərdə bu iş üzrə məhkəmə başlanacaq.
Fariz Məlikli Demokrat.az


