"Moskva Vardanyan və Harutyunyan arasında qarşıdurma vəziyyətini süni şəkildə yaratmaqla bölgədə guya siyasi proseslərin getdiyini və “dövlət strukturlarının” fəaliyyət göstərdiyi görüntüsü yaratmağa çalışır".
Bu sözləri Demokrat.az-a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndi deyib.
O qeyd edib ki, Xankəndi və onun ətrafında məskunlaşan bir qrup erməni əhalinin müstəqil fəaliyyət göstərə biləcək heç bir iqtisadi-siyasi potensialı yoxdur:
"Qarabağın erməni əhalisinin gəlirlə fəaliyyət göstərməsi üçün bölgəyə əsaslı kapital qoyuluşu tələb olunur.Özünü milyarder kimi qələmə verən Vardanyan əslində düşündüyümüz qədər zəngin insan deyil və Qarabağ iqtisadi rayonunun inkişafı üçün indiyə qədər bir qəpik də olsun sərmayə qoymayıb. Bundan sonra da onun hər hansı iqtisadi layihələr hazırlayaraq külli miqdarda vəsait xərcləyəcəyini və bu ərazilərdə iqtisadiyyatın inkişafını təmin edəcəyini düşünənlər xam xəyallarla yaşayanlardır". Analitik diqqətə çatdırıb ki, Xankəndində rəsmi Azərbaycanın birbaşa iştirakı və razılığı olmayan heç bir iqtisadi dəstək layihəsi də reallaşa bilməz:
"Ən azından Azərbaycan öz suveren ərazilərində belə həyasızlığıa imkan verməməli və istənilən cəhdin də qarşısı alınmalıdır .Ermənistan xarici işlər naziri Mirzoyanın Türkiyəyə səfəri və ardınca Paşinyanın sülh təklifləri paketini bizə təqdim etməsi barədə məlumatların fonunda Vardanyanın uğursuz reklamı nəticəsiz olacaq. Artıq bu ilin ortalarında münasibətlərin normallaşdırılmasında dönüş nöqtəsi gözlənilir".
Aynurə


