Region Özəl

Zəlzələ araşdırmaları nəticəsində saxlanılanların sayı 54-ə yüksəldi

Zəlzələ araşdırmaları nəticəsində saxlanılanların sayı 54-ə yüksəldi

Zəlzələ zonasında dağılmış tikililərlə bağlı hüquqi proseslər davam edir.

Demokrat.az "BBC türkcə"hə istinadən xəbər verir ki, Ədliyyə naziri Bəkir Bozdağ bugünkü açıqlamasında 245 şübhəli barəsində tədbir görüldüyünü, 54 nəfərin həbs edildiyini, 27 nəfərin isə həbsdə olduğunu bildirib.

Nazirinin sözlərinə görə 47 nəfər məhkəmə nəzarəti ilə azadlığa buraxılsa da, 7 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib. Həmçinin, 4 şübhəlinin xaricdə olması müəyyən edilib.

Qeyd etmək lazımdır ki, Diyarbəkirdə dağılan binalarla bağlı başladılan istintaqda ədliyyəyə sövq edilən 39 şübhəlidən 15-i həbs olunub.

Aysun Demokrat.az

NE
Nihadə Eyyubova