Sosial Özəl

"Bu gün minlərlə erməni Azərbaycan vətəndaşlığı üçün müraciət edir" — Sabiq deputat

Bu gün minlərlə erməni Azərbaycan vətəndaşlığı üçün müraciət edir — Sabiq deputat

67 gün müddətində ekofəallarımız bir növ Azərbaycan ordusunda olan gənclərimizin ənənələrini davam etdirdilər. Bütün məsələləri sülh yoluyla həyata keçirməyə çalışdılar. Düşməni elə bir silahla vurdular ki, düşmən bu silahdan qaça bilmədi. Bu bir növ ağıllı siyasi müharibədir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında sabiq deputat, politoloq Cümşüd Nuriyev deyib. Onun sözlərinə görə, Azərbaycan dövlətinin yürütdüyü, prezident İlham Əliyevin apardığı şaxələndirilmiş siyasət öz müsbət nəticəsini verməyə başlayıb:

"Rusiya Vardanyanla bir şeylər etmək istədi, alınmadı, yenidən onu hazırlayıb gətirib. Lakin bu proyekt həm Ermənistan və "Qarabağ klanı", həm Qarabağın daxilində Balasanyan və Arayik arasında qarşıdurma yaratdı. Eyni zamanda, yerli alban kökənli ermənilərlə İran kökənli, qaraçı kökənli ermənilər arasında qarşıdurma yarandı. Ümumiyyətlə, ekofəalların mitinqindən sonra Qarabağa böyük miqdarda silah gətirmək mümkün olmadı. Həmçinin, terroristlərin, narkotacirlərin gəlməsi qeyri-mümkün oldu. İranın kəşfiyyat agenturasının üzə çıxarılmasıyla da görünənlər odur ki, bütün hallarda çox müsbət işlər gördülər".

"Bunların bir nəticəsi olaraq da onlarla, yüzlərlə, minlərlə ermənidən Azərbaycan vətəndaşlığını qəbul etmək üçün müraciətlər daxil olur. Azərbaycanın təhlükəsizlik orqanları da onlarla daima əlaqədədir. Burada gizlətməli bir şey yoxdur. Çünki Ermənistan saytları da bunu yazır. Bütün hallarda kim istəyər Azərbaycan vətəndaşlığını qəbul edər, kim istəməz çıxıb gedər! Bu gün tək Bakı şəhərində 32 min erməni var. Burada olan ermənilər başa düşdülər ki, bizim onlarla heç bir işimiz yoxdur. Bura bizim torpaqdır və onlar da Azərbaycan qanunlarına əməl etməlidir. Bütün bunların fonunda Azərbaycan vətəndaşlığını qəbul edəcək ermənilərin hansısa bir problem yaradacağı mümkünsüzdür. Çünki Azərbaycan da əvvəlki Azərbaycan deyil, biz o səhvləri buraxan deyilik", - deyə sabiq deputat sonda qeyd edib.

Nəzrin Demokrat.az

NE
Nihadə Eyyubova