Türkiyənin Malatya şəhərinin Doğanşehir rayonunda daha bir zəlzələ qeydə alınıb.
Demokrat.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu haqda AFAD məlumat yayıb.
Bildirilir ki, yerli vaxtla saat 17:45 də Malatyanın Doğanşehir rayonunda baş verən zəlzələ 4,7 bal gücündə olub.
Qeyd edək ki, Malatya Kahramanmaraş mərkəzli zəlzələdə dağıntıya məruz qalan rayonlar sırasındadır.
Arzu Demokrat.az


