İskenderundakı zəlzələdə yaralanan jurnalistlərdən Akın Bodur sözləri ilə hər kəsi kədərləndirib. Fəlakətdən sonra qolu amputasiya edilən Bodur, "qolumuzu itirdik, amma canımızı qurtardıq" deyib.
Demokrat.az xəbər verir ki, “Səs” qəzetində çalışan Akın Bodur müalicə aldığı xəstəxanada zəlzələ zamanı yaşadığı anları danışıb:
"1990-cı ildən jurnalist kimi çalışıram. Bu müddət ərzində böyük zəlzələ olmasa da, kiçik zəlzələlər gördük. Sellər gördük, Suriya müharibəsini gördük. İnsanların böyük miqyasda necə ümidsizliyə qapıldığını gördük". Peşə təcrübəsi ilə bu qərarı verdim. "Qolumu itirdim, amma canımı qurtardım" deyib.
Qeyd edək ki, jurnalistin dağıntılar altından çıxarılması üçün məcburən qolu kəsilib və əməliyyat sonrası sol qolunun tamamilə amputasiya olunduğu bildirilib.
Aysun Demokrat.az


