Türkiyənin Elazığ vilayətində zəlzələ ilə bağlı fövqəladə vəziyyət elan edilib.
Demokrat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə AKP-nin sözçüsü Ömər Çelik Tvitterdə məlumat verib.
O, bildirib ki, bununla da, Türkiyədə təbii fəlakətlə bağlı fövqəladə vəziyyət tətbiq edilən vilayət sayı 11 olub.
Onun sözlərinə görə, zəlzələdən əziyyət çəkənlərə yardımlar edilir.
Çelik qeyd edib ki, prezident Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə zəlzələ zonasına yenidən gedəcək.
Leyla Demokrat.az


