Çempionlar Liqasında 1/8 final mərhələsi davam edir/
Demokrat.az xəbər verir ki, 2-ci oyun günündə daha 2 matç keçiriləcək.
Almaniyada Dortmund "Borussiya"sı "Çelsi" ilə üz-üzə gələvək. Digər oyunda isə "Benfika" (Portuqaliya) Belçika "Brügge"sinin qonağı olacaq. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Qeyd edək ki, 1/8 finalın ilk oyun günündə Almaniya "Bavariya"sı Fransada PSJ-yə, İtaliya "Milan"ı isə evdə İngiltərə "Tottenhem"inə 1:0 hesabı ilə qalib gəlib.
UEFA Çempionlar Liqası, 1/8 final, ilk oyunlar
15 fevral
00:00. "Borussiya" Dortmund (Almaniya) - "Çelsi" (İngiltərə) Baş hakim: Xesus Gil Manzano (İspaniya) Dortmund, "Siqnal İduna Park" stadionu
00:00. "Brügge" (Belçika) - "Benfika" (Portuqaliya) Baş hakim: Davide Massa (İtaliya) Brügge, "Yan Breydel" stadionu.
21 fevral
00:00. "Ayntrax" (Almaniya) - "Napoli" (İtaliya) 00:00."Liverpul" (İngiltərə) - "Real" (İspaniya)
22 fevral
00:00. "İnter" (İtaliya) - "Portu" (Portuqaliya) 00:00. "Leyptsiq" (Almaniya) - "Mançester Siti" (İngiltərə)
14 fevral
PSJ (Fransa) – “Bavariya” (Almaniya) - 0:1
“Milan” (İtaliya) – “Tottenhem” (İngiltərə) - 1:0


