Gündəm Özəl

"Moskvanın gizli PLANI: Vardanyan kiminlə əvəzlənə bilər?

Moskvanın gizli PLANI: Vardanyan kiminlə əvəzlənə bilər?

"Arayik Arutyunyanın tam olaraq Moskvanın adamı olduğunu demək olmaz".

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Fuad Abbasov deyib.

Politoloq qeyd edib ki, Moskva Arayik Arutyuna daha çox inanır, nəinki Vardanyana:

Moskvanın gizli PLANI: Vardanyan kiminlə əvəzlənə bilər?
"Paşinyan hakimiyyətə gəldikdən sonra Qarabağın rəhbərliyinə Arayik Arutyunyan gətirildi. Ona görə də, onun tam olaraq Moskvanın adamı olduğunu demək olmaz. Ruben Vardanyan isə Moskvanın adamı olsa da, özünü doğrultmadı. Çünki Vardanyanın gəlib burada təxribatlar keçirməsi, xarici mətbuata yazılar yazdırması Bakıda narahatlıq yaratdı. Buna görə də, Moskva geri çəkdi. Ancaq Arayik Arutyunyan müharibə cinayətkarıdır. Gəncənin bombalanmasını şəxsən boynuna alıb. Belə bir reputasiyası pozulmuş adama güvənmək, ona gələcək yatırımlar etmək Moskva üçün itki olardı.

Mənə elə gəlir ki, Moskva gələcəkdə yenidən Koçaryanın və Sarkisyanın əhatəsindən hansısa adamı Qarabağa çəkəcək. Qarabağ üzərindən erməni ictimaiyyətinə təsir göstərməyə çalışacaq. Amma adamın kim olacağını indidən demək çox çətindir".

Nəzrin Demokrat.az

NE
Nihadə Eyyubova