Gündəm Özəl

"Bir il ərzində bu evləri yenidən quracağıq" — Ərdoğan

Bir il ərzində bu evləri yenidən quracağıq — Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından əvvəl AFAD rəsmilərinə müraciət edib.

Demokrat.az xəbər verir ki, Ərdoğan dağılan evlərin tezliklə tikiləcəyini bildirib:

"Bizim məqsədimiz bir il ərzində bu evləri yenidən qurmaq və təmir etməkdir. Necə ki, əvvəlki fəlakətlərdə də qısa zamanda tikib təmir etmişik, ümid edirəm ki, biz burada da eyni şeyi edəcəyik. Narahat olmayın. Siz böyük mübarizə aparırsınız, gecə-gündüz çalışırsınız. Bu hadisə "Əsrin fəlakəti" şəklində də ifadə olunur. Bu böyük faciədir. Allahdan ölənlərimizə rəhmət diləyir və yaralılarımıza şəfa diləyirik." O, həmçinin xəstəxanada yaralılara baş çəkdiyini deyib:

"Dünən İstanbuldakı "Çam Sakura" xəstəxanamızı ziyarət etdim. Həyat yoldaşımla birlikdə xəstəxanadakı körpələrimizi və bu fəlakət zamanı dünyaya gələn anaları gördük. Həm anaların, həm də ataların səbrinin şahidi oldum."

Leyla Demokrat.az

NE
Nihadə Eyyubova