Gündəm Özəl

"Əfv sərəncamı bu il daha geniş dairəni əhatə edə bilər" — Əliməmməd Nuriyev

Əfv sərəncamı bu il daha geniş dairəni əhatə edə bilər — Əliməmməd Nuriyev

"Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasında əfvlə bağlı 100-dən artıq müraciətə baxılıb".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.

Tanınmış hüquqşünas qeyd edib ki, may ayına qədər iclaslar davam edəcək:

"İlk iclasımıza yanvar ayının 12-də başlamışıq. Bugünədək 700-dən artıq müraciətə baxılıb. Növbəti iclasımız fevralın 27-də keçiriləcək.Bildiyimiz kimi, bu il ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür. Təbii ki, Prezidentimiz tərəfindən 100 illiklə bağlı əfv sərəncamının imzalanması gözlənilir. Hesab edirəm ki, Əfv sərəncamı bu il daha geniş dairəni əhatə edə bilər. Əlbəttə ki, bu, Prezidentimizin konstitusion səlahiyyətidir. Təbii ki, əfv sərəncamının konkret hansı gün verilməsi də cənab Prezidentin səlahiyyətlərinə aid olan məsələdir".

Aynurə Demokrat.az

NE
Nihadə Eyyubova