Bu gün Azərbaycanda səfərdə olan Özbəkistan nəqliyyat nazirinin müavini Abdulsamat Muminovun rəhbərlik etdiyi nümayəndə heyəti işgüzar səfər çərçivəsində ‘’ADY’’ QSC-də olub.
Nümayəndə heyətini qəbul edən ADY sədri R.Rüstəmov həyata keçirilən yerli və beynəlxalq layihələr haqqında geniş məlumat verib. Görüşdə iki ölkənin dəmir yolları sahəsində əməkdaşlıq imkanları, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi, o cümlədən CASCA + multimodal nəqliyyat marşrutu çərçivəsində yeni əməkdaşlıq təklifləri nəzərdən keçirilib.
Tərəflər 2023-cü ildə birgə fəaliyyət planı, o cümlədən “Özbəkistan- Türkmənistan-Azərbaycan-Gürcüstan’’ marşrutu üzrə yükdaşımalar, daşımaların növü və müvafiq tarif siyasətini müzakirə edib.




