Telefonlarda Zəlzələ Xəbərdarlıq Sistemini necə aktiv etmək olar?
Demokrat.az Trend-ə istinadən xəbər verir ki,sistemin xəbərdarlıq bildirişi göndərməsi üçün telefonda məkan aktiv olmalıdır.
Telefonda Zəlzələ Xəbərdarlığı Sistemini aktivləşdirmək üçün aşağıdakı addımları yerinə yetirmək lazımdır;
"Samsung" telefonlarında;
1. Telefonda "Parametrlər"i açın və ekranı aşağıya doğru sürüşdürün.
2. Növbəti ekranda"Yer"xanasını seçin.
3. İndi"Məkan Xidmətləri"xanasını seçin.
4. Ekranı aşağıya doğru sürüşdürün.
5. Növbəti ekranda"Zəlzələ bildirişləri"düyməsini aktiv edin.
"Xiaomi" telefonlarında;
1. Telefonda "Ayarlar"ı açın və ekranı aşağıya doğru sürüşdürün.
2. Növbəti ekranda"Məkan"xanasını seçin.
3. İndi"Məkan Müraciəti"xanasını seçin.
4. Daha sonra"Məkan Xidmətləri"xanasını seçin.
5. Növbəti ekranda"Zəlzələ bildirişləri"düyməsini aktiv edin.


