Hadisə

Göygöldə qəza olub, xəsarət alanlar var

Göygöldə qəza olub, xəsarət alanlar var

Göygöldə yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı Qazax magistral yolunun rayonun Hacıməlik qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı xəsarət alanların olduğu bildirilir.

Hadisə yerinə təcili yardım briqadaları cəlb olunub.

NE
Nihadə Eyyubova