Hadisə

Binədə həyat yoldaşını öldürməkdə şübhəli bilinən kişi saxlanıldı

Binədə həyat yoldaşını öldürməkdə şübhəli bilinən kişi saxlanıldı

Fevralın 11-də saat 07 radələrində Xəzər rayonu rayonu Binə qəsəbəsində 1968-ci təvəllüdlü Pakizə Məmmədovanın yaşadığı ünvanda münaqişə zəminində kəsici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

Demokrat.az xəbər verir ki, bu barədəDİN-in mətbuat xidmətindənbildirilib.

Araşdırmalarla cinayət əməlini törədən qadının həyat yoldaşı 1967-ci il təvəllüdlü Aydın Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşları tərəfindən A.Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.//report

D
demokrat.az