Region Özəl

Ata və oğul zəlzələdən zərərçəkənlərə belə dəstək verdi

Ata və oğul zəlzələdən zərərçəkənlərə belə dəstək verdi

İstanbulda iş adamı, atası ilə birgə zəlzələ bölgəsində insanların üşüməməsi üçün çəlləklərdən soba hazırlayıb.

Demokrat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kahramanmaraşda baş verən zəlzələdən sonra bir çox insan dəstək üçün səfərbər olub.

Kəskin hava şəraiti olan bölgələrdə insanların üşüdüyünü görən iş adamı, Kaan Şəkər, atası ilə əl-ələ verərək, özlərinə məxsus çəlləklərdən soba hazırlamağa başlayıb.

Hazırlanan sobalar zəlzələ bölgəsindəki insanlara göndərilib.

Qeyd edək ki, zərərçəkən insanlarla yanaşı, bölgədəki işçi heyəti də bu sobalardan istifadə edir.

Aysun Demokrat.az

NE
Nihadə Eyyubova