Dünya Özəl

Niderland Rusiya enerjisindən tamamilə imtina edib

Niderland Rusiya enerjisindən tamamilə imtina edib

NiderlandRusiyanın kömür, neft məhsulları və qazından tamamilə imtina edib.

Demokrat.az xarici mətbuata istinadən xəbər verir ki, Niderlandda Rusiyanın neft məhsulları olmayacaq .

Bu barədə ölkənin iqlim və energetika naziri Rob Etten bildirib.

"Xam neft, dizel, kerosin və kömürdən imtina edən Amsterdam Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Avropa Birliyi ölkələri və tərəfdaşlar tam miqyaslı işğal başlayandan sonra təcavüzkara qarşı sanksiyalar tətbiq ediblər. Hazırda təbii qazın alternativi gəmilər tərəfindən nəql olunan mayeləşdirilmiş qazdı. Onun tədarükü üçün bu yaxınlarda Emşafendə (Almaniya ilə sərhədin yaxınlığında) üzən qurğu inşa edilib.

Etten onu da əlavə edib ki, Hollandiyanın qaz anbarları nisbətən doludur:

"Bu o deməkdir ki, növbəti qış çətin olmayacaq, anbarlar doludur"

Leyla Demokrat.az

NE
Nihadə Eyyubova