Qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ və bunun kimi digər təbii fəlakətlər bəşəriyyət üçün çox ağır sınaqlardır. Bu cür sınaqlardan yaxın və uzaq gələcəyə dair düzgün, insani nəticələr çıxarmaq təbii fəlakətin yaşatdığı ağrı-acını nisbətən azalda bilər. Belə nəticələrdən biri də bu ağır və ağrılı günlərdə insanların, xalqların bir-birinə qarşı qəzəb, kin-küdurət hissindən arınmalarıdır.
Demokrat.az xəbər verir ki, bunu Mətbuat Şuraşının (AMŞ) sədri Rəşad Məcid öz sosial şəbəkə hesabında paylaşdığı statusunda yazıb.
Qeyd edib ki, indiki müsibətli məqamda biganəlik göstərmək, hətta qisas duyğusu ilə davranmaq, yaxud vədəsiz günahkar axtarışına çıxıb hirs-hikkə ifadə etmək son dərəcə ziyanlıdır.
“Yalnız ayrı-ayrı insanlar yox, bütöv cəmiyyətlər, müxtəlif ölkələr arasındakı münasibətlər üçün də keçərlidir bu fikir. Türkiyəmizin, zəlzələ zonasındakı qardaş-bacılarımızın acısını bölüşən, əlində olanı qızırqalanmayan, bununla az da olsa mənəvi rahatlıq tapan hər kəsə təşəkkür düşür. Fərqli səbəblərdən qaynaqlanan düşmənçiliyi unudaraq dərhal yardım əlini uzadan insanlar da, dövlətlər də dərin minnətdarlıq duyğusu oyadır. Bir quş dimdiyindəki su misalını unutmayaq.Dünyamızın gələcəyinin təminatı mərhəmət, sevgi və qarşılıqlı anlayış göstərməkdədir”-deyə, o, sonra yazıb.


