Hadisə Özəl

Bakıda güclü külək fəsadlara səbəb oldu — FOTO/VİDEO

Bakıda güclü külək fəsadlara səbəb oldu — FOTO/VİDEO

Bakıda əsən güclü külək bir sıra fəsadlara yol açıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, bir çox yerlərdə güclü külək ağacları və dəmir çəpərləri aşırıb.

Belə hadisələrdən biri də Bakının Xətai prospekti, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun (keçmiş Kirov institutu) qarşısında yaşanıb. Belə ki, güclü külək ərazidəki dəmir çəpərləri aşırıb. Xoşbəxtlikdən ölüm və ya xəsarət halı olmayıb.

Şəhər sakini Tapdıq Fərhadoğlu açıqlamasında bildirib ki, çəkiliş aparan zaman özünü gözətçi kimi təqdim edən şəxsin söyüşlərinə və təhqirlərinə məruz qalıb. Ərazinin Vahid adlı şəxsə aid olduğunu qeyd edən vətəndaş bildirib ki, divarlar sökülməsə təhlükənin baş verməsi qaçılmazdır. Müvafiq orqanları insanları təhlükədən xilas etməyə dəvət edib.

Bakıda güclü külək fəsadlara səbəb oldu — FOTO/VİDEO
Nəzrin Demokrat.az

D
demokrat.az