Dünya Özəl

Niderland və Danimarka Almaniyadan Ukrayna üçün tanklar alacaq

Niderland və Danimarka Almaniyadan Ukrayna üçün tanklar alacaq

Niderland və Danimarka Ukraynaya göndərilməsi üçün Almaniyadan 100 ədəd "Leopard" 1 tank alacaq.

Demokrat.az bildirir ki,bu barədə"Reuters"in məlumatında xəbər verilir.

Bu tanklarmütləq ukraynalılar üçün faydalı olacaq.

Bu barədə Niderlandın müdafiə naziri Kasia Ollongren bildirib.

Qeyd olunur ki, tanklarAlmaniyanınhərbi-sənaye kompleksini təmsil edən şirkətlərdən alınacaq.

Əlavə edək ki, bundan əvvəl Almaniya hökumətininKiyevi178 ədəd "Leopard 1" tankı ilətəmin etməkqərarı barədə məlumat daxil olmuşdu. Eyni zamanda qeyd edilir ki, tankların bir hissəsi yayda göndəriləcək, əsas hissəsi isə yalnız 2024-cü ildə təhvil veriləcək.

Leyla Demokrat.az

NE
Nihadə Eyyubova