Region

Rusiyada avtoritetlərin toplantısı dağıdıldı — 48 azərbaycanlı SAXLANIDI

Rusiyada avtoritetlərin toplantısı dağıdıldı — 48 azərbaycanlı SAXLANIDI

Rusiyanın Mıtişi şəhərində kriminal avtoritetlərin toplantısı dağıdılıb. “Qranada” restoranında keçirilən əməliyyat zamanı 52 nəfər saxlanılıb. Əməliyyatı xüsusi təyinatlılar həyata keçirib.

Modern.az xəbər verir ki, “Ren” TV-nin məlumatına görə, saxlanılan şəxslərdən odlu silahlar müsadirə olunub.

Saxlanılanlar arasında Azərbaycandan 48, Dağıstandan 2, Tacikistan və Ermənistandan 1 nəfər olduğu bildirilib.

Əməliyyatda hüquq-mühafizə orqanlarının 100-ə yaxın əməkdaşı iştirak edib.

D
demokrat.az