Sosial Özəl

HAARP nədir, süni zəlzələlər yarada bilərmi?

HAARP nədir, süni zəlzələlər yarada bilərmi?

Türkiyədə baş verən zəlzələdən sonra bu məsələ sosial mediada ən çox danışılan mövzulardan biri olub.

Demokrat.az xəbər verir ki, bu barədə AFAD mühüm sosial media açıqlaması verib.

Bildirilib ki, vətəndaşların müxtəlif KİV-lərdə, xüsusilə sosial mediada bilərəkdən və ya bilməyərəkdən paylaşılan əsassız məlumatlara inanmaması, düzgün məlumat üçün rəsmi mənbələri izləməsi böyük əhəmiyyət kəsb edir.

Qeyd etmək lazımdır ki, "High Frequency Active Auroral Research Program" kimi tanınan HAARP ABŞ-ın Alyaska əyalətində elmi layihədir.

Amerikanın ən məşhur geofiziklərindən birinin fikrincə, bu texnologiya iqlimi dəyişmək, ozon təbəqəsini manipulyasiya etmək, zəlzələlər yaratmaq və radiasiya yaymayan termonüvə partlayışları yaratmaq üçün dəhşətli gücə malikdir.

Aysun Demokrat.az

NE
Nihadə Eyyubova