Region

Zəlzələ bölgəsində dərslər 1 həftə dayandırıldı

Zəlzələ bölgəsində dərslər 1 həftə dayandırıldı

Türkiyədə zəlzələnin baş verdiyi regionlarda tədris prosesi 1 həftə müddətinə dayandırılıb.

Demokrat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin vitse-prezidenti Fuat Oktay məlumat verib.

Bildirilib ki, müvafiq qərara əsasən, regiondakı məktəblər və digər təhsil müəssisələri bağlanıb.

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. Son məlumata görə, zəlzələ nəticəsində 284 nəfər ölüb, 2323 nəfər yaralanıb.

D
demokrat.az