Hadisə

Azərbaycanda vəzifəli şəxs yol qəzasında öldü

Azərbaycanda vəzifəli şəxs yol qəzasında öldü

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə rayonun Susay kəndi ərazisində qeydə alınıb.

"VAZ-21015” markalı minik avtomobilinin maneə çırpılması nəticəsində sürücü Elşən Qasımov ölüb, avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qeyd edək ki ki, qəzada dünyasını dəyişən Elşən Qasımov Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə təhsil sektorunun əməkdaşıdır.

Faktla bağlı araşdırmalar davam etdirilir.//qaynarinfo

D
demokrat.az