"Hər il olduğu kimi 2022-ci il ərzində də "Azərişıq" ASC yenidənqurma təkmilləşdirmə və digər işlər yerinə yetirib".
Demokrat.az xəbər verir ki, bu sözləri öz çıxışı zamanı "Azərişıq" ASC-nin Tədris və innovasiyalar mərkəzinin direktorunu Araz Məmmədzadə qeyd edib.
Ötən il ərzində keçirilən layihələr barədə danışan direktor, eyni zamanda işğaldan azad olunmuş ərazilərdə görülən işlərlə bağlı məlumat verib.
Füzuli şəhərində ilk dəfə olaraq rəqəmsal yarımstansiya hazırlanıb:
"Yaxın günlərdə Hadrut stansiyasının açılışı ilə bağlı tədbir keçirilə bilər. Bundan başqa, Zəngilan, Qubadlı və bir sıra ərazilərdə yenidənqurma işləri həyata keçirilir".
Aysun Demokrat.az


