"Qazın çirkli olması ilə bağlı fikirlər səsləndirirlər. Biz hər zaman elan etmişik ki, topdan qəbul etdiyimiz qazın mənbəyində xüsusi cihazlar quraşdırılır. O cihazlar mütəmadi olaraq bir neçə saatdan bir qazın tərkibi ilə bağlı siqnal ötürür.Əgər qazın tərkibində iddia edildiyi kimi, nəsə varsa, orada öz əksini tapmalıdır".
Demokrat.az xəbər verir ki, bu barədə SOCAR "AZƏRİQAZ" İB-nin şöbə rəisi Eldəniz Vəliyev deyib. Qurum rəsmisi bildirib ki, qazın tərkibinə təkcə SOCAR "AZƏRİQAZ nəzarət etmir:
"Bunun üçün aidiyyatı qurumlar var və onlar qazın keyfiyyətinə diqqət edirlər. Biz istədiyimiz şirkətdən istədiyimiz tərkibli qazı ala bilmərik. Onun müvafiq standartları var və buna mütəmadi nəzarət var. Əgər problem olarsa, həmin qazın verilişində dayanmalar müşahidə olunur".
E.Vəliyev əlavə edib ki, abonentlər qaz pilitələrinə mütəmadi olaarq nəzarət etməlidir:
"Vətəndaşlar dörd gözlü qaz plitələrinə illərə qulluq etmirlər. Bu baxımdan texniki xidmət çox vacibdir.Texniki xidmət etdikdən sonra qazın keyfiyyətinə baxılması məsləhətdir. Əgər problem olarsa, biz öz əməkdaşlarımıza göndərərik və əsaslı nəticələri ilə bağlı ictimaiyyətə əlavə məlumat verərik".
Aynurə Demokrat.az


