İdman

Azərbaycan millisinin hücumçusu "Bazel"lə oyunda fərqlənib

Azərbaycan millisinin hücumçusu Bazellə oyunda fərqlənib

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov İsveçrənin "Qrasshopper" klubunda növbəti qolunu vurub.

Demokrat.az xəbər verir ki, 24 yaşlı hücumçu "Bazel"ə qarşı ölkə kubokunun 1/8 final mərhələsinin oyununda fərqlənib.

Dadaşov 53-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib. O, 61-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, rəqibinə 3:5 hesabı ilə uduzan "Qrasshopper" mübarizəni dayandırıb. Renat Dadaşov 2022-ci ilin yayında İsveçrə klubuna keçib. Forvard komandanın heyətində bu mövsüm 5 qola imza atıb.//report

D
demokrat.az