Hadisə

Daxili İşlər Nazirliyi məlumat yaydı

Daxili İşlər Nazirliyi məlumat yaydı

Daxili İşlər Nazirliyi Hacıqabulda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Demokrat.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 4-də saat 8 radələrində Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində N.İsayev idarə etdiyi "Mercedes” markalı avtomobili qarşıda gedən M.Şahmarovun idarə etdiyi "KamAZ-5511” markalı avtomobilə vurub.

Nəticədə N.İsayevin sərnişinlərindən Qismət Qasımov və Fikrət Usubov hadisə yerində ölüblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

D
demokrat.az