Gündəm Özəl

“Əgər erməninin burnu qanasaydı, indi bütün İran ayağa qalxmışdı”

“Əgər erməninin burnu qanasaydı, indi bütün İran ayağa qalxmışdı”

"Molla rejimi adından da məlum olduğu kimi, öz mollalığını etməyə davam edir. Yəni, burada ən siyasi savadsız adama da məlumdur ki, İran Azərbaycana qarşı şəxsi qərəz, düşmənçilik mövqeyindədir. Hətta, terror aktının həyata keçirilməsinə laqeyd qalması, bunun necə araşdırılmasından, günahkarların cəzalandırılmasından da açıq-aydın görünür".

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Fuad Abbasov deyib. Politoloq qeyd edib ki, Xoy şəhərində meydana gəlmiş zəlzələdən zərər görmüş azərbaycanlılara münasibətindən görünür ki, molla rejimi azərbaycanlılara qarşı nə qədər nifrət bəsləyir:

"Əgər orada iki nəfər erməninin burnu qanasaydı, ermənilərə yardım göstərmək üçün bu dəqiqə bütün İran ayağa qalxmışdı. Amma Xoy şəhərindəki zəlzələdə azərbaycanlılara yardım göstərilmir. Əlbəttə, acınacaqlı bir haldır. İnanıram ki, qısa zamanda Azərbaycanın Xarici İşlər Nazirliyi bütün bu halları nəzərdə saxlayaraq İran ilə münasibətləri yenidən gözdən keçirəcək. İranın Azərbaycanda olan siyasi, iqtisadi, hərbi agentlərini zərərsizləşdirəcək və bundan sonra cənub qonşusu ilə tamamilə fərqli siyasət aparacaq".

Nəzrin Demokrat.az

D
demokrat.az