"Səfirliyin yenidən fəaliyyətinin bərpa etməsi üçün əsas şərt İran hakimiyyətinin baş verən terror hadisəsini nə qədər obyektiv araşdıracağından asılı olacaq. Azərbaycan tərəfinin bununla bağlı mövqeyi birmənalıdır. İran Azərbaycana yönəlik düşmən siyasəti aparır. Onun düşmənçilik mövqeyi səngiyərsə o zaman səfirliyin fəaliyyəti bərpa oluna bilər".
Bu fikriləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. Politoloq qeyd edib ki, son dövrlər İran ətrafında cərəyan edən gərgin vəziyyət digər dövlətlərin də öz səfirliklərini geri çağırmasına sövq edə bilər: "Bəzi ölkələr İran ərazisinə endirilə biləcək zərbələrdən öz vətəndaşlarının, diplomatik korpusunun personalının zərər çəkməməsi üçün onu təxliyə etməyə çalışır. İranın nüvə proqramı ilə bağlı aqressiv davranışları, altılıq danışıqlarını dayandırmaq cəhdləri, o cümlədən Ukrayna savaşında Rusiyaya verdiyi hərbi dəstək və qonşu ölkərin daxili işinə qarışmaq, Yaxın və Orta Şərqdə vəziyyəti gərginləşdirmək kimi fəaliyyətləri ona qarşı hansısa sərt tədbirlərin görülməsini qaçılmaz edir. Yəni, İran bütün dövlətlərin başağrıpsına çevrilib. Təbii ki, Azərbaycan səfirliyinə edilən hücum birmənalı olaraq terror aktı idi. Azərbaycan səfirliyinin bərpası da bu terror hadisəsinin dəqiq və qərərsiz araşdırılmasından, həmin cinayətkarların cəzalandırılmasından sonra, eyni zamanda İranda gözlənilə biləcək hansısa eskalasiya və gərginliyin səngiməsindən sonra baş tuta bilər. İran özü düşünməlidir və Azərbaycana qarşı düşmən mövqeyindən əl çəkməlidir".