Gündəm Özəl

“İran rejimi deqradasiyaya uğrayıb və sonunu yaşayır”

“İran rejimi deqradasiyaya uğrayıb və sonunu yaşayır”

"İranın Quzey Azərbaycanına qarşı iddiası və bu iddia üzərindən respublikamızla münasibətlərinin gərginliyinin ən azı 500 il yaşı var. Müasir günümüzə qədər davam edən gərginlik tarixin müəyyən zaman kəsiklərində Türkiyənin müdaxiləsi ilə sabitlik yaransa da, iki yüz öncə Rusiyanın İran üzərində qələbəsinin nəticəsində biz fars təcavüzündən müstəqillik günümüzə qədər qurtulduq. Doğrusu Rusiyaya qatılmağımız işğalın bir növü olsa da, sonunda tarixin bizə verdiyi şansı dəyərləndirərək müstəqilliyimizə yetişdik və bu yolda heç bir qüvvə bizə mane ola bilmədi".

Bu sözləri Demokrat.az-a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndi deyib. O qeyd edib ki, sovetlərdən sonra bölgədə bərpa etdiyimiz milli dövlətçiliyimiz bizimlə sərhəd olan ölkələri ciddi narahat etməyə başlayıb:

"Rusiya və Ermənistanı mövqeyi hər kəs aydın olsa da İranın bizə qarşı qısqanclığının səbəbinin məntiqi izahı olmasa da, düşmən münasibət göz qabağındadır. Normal şəraitdə qonşu ölkələr əmin –amanlıq və dost münasibətləri şəraitində yaşamalı olduğu halda İran və Ermənistanın eyni mövqedən çıxış edərək bizə qarşı ərazi iddiası və təbii sərvətlərimizi mənimsəmək cəhdləri baş verir. Müasir dövrümüzün müstəqillik tarixi də İran və Ermənistanın ölkəmizə qarşı birgə təcavüzü başladı. Tehrandakı səfirliyimizə silahlı basqın və vətəndaşımızın ölümü ilə nəticələnən terror hadisəsi bir daha sübut etdi ki, İran rejimi deqradasiyaya uğrayıb və sonunu yaşayır".

"İranda yaşayan qeyri-fars millətlərinin farslaşdırma siyasəti aparılır. İnsan hüquqları məsələsində İran bütün beynəlxaq qurumların qara siyahısındadır. Rejimə qarşı çıxan insanlar isə meydanlarda azyaşlı uşaqların gözü qarşısında asılmaqla edam edilir. Sivil ölkələrdə adi bir heyvanın ölümünü gözü ilə görən azyaşlı uşaqla psixoloqlar məşğul olursa, İranda az qala edam olunan şəxsin kəndirini uşaqların əlinə versinlər"- eyə analitik qeyd edib.

Müsahibimiz qeyd edib ki, Qarabağ zəfərimzi həzm etməyən İran hər gün telekanalları vasitəsilə ölkəmizə qarşı şər-böhtan kampaniyası aparır:

"Bu günlərdə bu təbliğat daha da çoxalıb. Azərbaycanın ərazisinin İrandan 19 dəfə kiçik olduğunu deməklə guya bizi əzə biləcəklərini deyən İranın Səhər tv kanalı özündən 76 dəfə ərazisi kiçik olan İsrailin dron zərbələrinə qarşı aciz qaldıqlarınından danışsın.Hazırki durumda Azərbaycanın ekoaktivistlərinin Laçın koridoruna nəzarət etməsi İranı daha da özündən çıxarıb.Bu onunla bağlıdır ki, artıq Xankəndinə gedən və oradan gələn qanunsuz silah-sursat və təbii sərvətlərin daşınmasında İranın iştirakı məhdudlaşdırılıb. Həmçinin, 30 il ərazində bu ərazilərdə İran tərəfindən qanunsuz narkotikanın yetişdirilməsi və emalı fabrikləri fəaliyyəti dayandırılıb.Zəngəzur dəhlizinin açılması perspektivi isə İranı özünə nəzarəti itirməsinə gətirib çıxarıb. Məncə, İranla sərhədlərimizin qapanması bizə çox yaxın tarixdə Zəngəzurdan Naxçıvana koridor almağımızla əvəzlənə bilər.Məncə dünya ictimaiyyəti artıq bizim İrandan təhlükəsiz hərəkətimizin mümkünsülüyünə inandırmalıyıq.Bu terror hadisəsi də bizə haqlı olmağımızı sübut edəcək.Bu həm də Ermənistanla imzalanmış noyabr sazişinin əməl olunması üçün bir faktordur".

Nəzrin Hüseynli Demokrat.az

D
demokrat.az