Hadisə

Siyasi məhbuslar üzrə məruzəçinin Bakıya səfəri təxirə salındı

Siyasi məhbuslar üzrə məruzəçinin Bakıya səfəri təxirə salındı

Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Torhildur Sunna bu həftə Azərbaycana gələ bilməyəcək.

“Turan”ın məlumatına görə rəsmi Bakı bayramla əlaqədar səfəri “əlverişsiz” hesab edib.

“Hakimiyyət və vətəndaş cəmiyyəti ilə siyasi məhbuslar məsələsinin müzakirəsi üçün Azərbaycana səfərimin təxirə salınmasından məyus oldum. Hakimiyyət bayramla əlaqədar həmin günlərin əlverişsiz olduğunu bildirdi. Sentyabrı gözləyəcəyik”, - iyunun 4-də o, Tvitterdəki akkauntunda yazıb.(Turan)

D
demokrat.az