Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Türkiyədə Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət edib.
Demokrat.az xəbər verir ki, bu barədə səfirlikdən məlumat verilib.
“Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan böyük dövlət xadimi Məhəmməd Əmin Rəsulzadəni anadan olmasının 139-cu ildönümündə rəhmət və ehtiramla yad etdik. Allah rəhmət eləsin”, - qeyd edilib.//APA


