Qarabağ

Laçın-Xankəndi yolu: Aksiyanın 49-cu günü

Laçın-Xankəndi yolu: Aksiyanın 49-cu günü

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Laçın-Xankəndi yolunun Şuşa şəhər ərazisindən keçən hissəsində aksiyanı davam etdirir.

Demokrat.az APA-ya istinadla xəbər verir ki, aksiya gecə boyu da davam edib. Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirməklə başlayıblar.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.

D
demokrat.az