“İranda diplomatik konsulluqlara qarşı törədilən bu terror aktı heç də yeni bir məsələ deyil. Belə demək mümkünsə, belə hallar İranın siyasi xəttini təşkil edir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Təbrizdən olan azərbaycanlı politoloq Çingiz Göytürk deyib. Siyasi şərhçi qeyd edib ki, İran maraqları toqquşduğu hansısa məqamda tərs düşdüyü ölkələrə qarşı bu cür terror aktlarını həyata keçirir: 
“Buna diplomatik yollarla qarşılıqlı verə bilməməsi də İranı belə terror fəaliyyətlərini gerçəkləşdirilməsinə sövq edir. Digər tərəfdən, bu heç kəs üçün sirr deyil ki, İran adlanan ölkədə neçə aydır etiraz aksiyaları gedir, ciddi böhranla qarşı-qarşıyadır. Edamlarla, repressiv tədbirlərlə bunun qarşısını almaqda çətinlik çəkir. Bu etiraz aksiyalarının qarşısını almaq üçün əlavə faktorlarla müdaxilə etmək istəyir. Yəni, xarici düşmən obrazı yaratmağa çalışır. Daxildə milliyətçi obrazı yaradıb "guya İran parçalanmaq təhlükəsi altındadır" deyə etirazları aksiyalarından yayındırıb, başqa yönlərə çəkmək istəyir. Bu terror fəaliyyətinin kökündə yatan səbəblərdən birisi də budur. Ümumiyyətlə, İran bu terror fəaliyyəti ilə Azərbaycana gözdağı vermək istəyir, digər tərəfdən etiraz aksiyalarını başqa səmtə çəkmək istəyir”.
Aynurə Demokrat.az


